Vaxtından əvvəl doğuş edən gənc qadın öldü
Bakıda vaxtından əvvəl doğuş edən gənc qadın ölüb.
Mynews.az Report-a istinadən xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Emilya Sadıqova kəskin ağrıdan əziyyət çəkib. O, 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılarkən yolda dünyasını dəyişib.
Qadının meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Məlum olub ki, o, 5 aylıq hamilə olub və vaxtından əvvəl doğuş edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 918 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 901 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 592 dəfə oxunub
loading...