Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Həbsxanada baltalanan ''Lotu Yunus''la bağlı SON QƏRAR VERİLDİ

Bir neçə gün əvvəl Rusiyanın Ulyanovsk şəhərində polis tərəfindən saxlanılan azərbaycanlı "qanuni oğru" Yunus Novruzovla bağlı məhkəmə son qərarını verib. 

Oğrunun yaxınlarının criminal.az saytına verdiyi məlumata görə, Y.Nəzərov Rusiyadan deportasiya edilib. Məhkəmə bir neçə gün əvvəl baş tutub. Qərara əsasən Y.Nəzərov 10 gün ərzində Rusiyanı tərk etməlidir. Hazırda onun harda olması məlum deyil. 

Məlumat üçün bildirək ki, Y. Nəzərovun səhhətində ciddi problemlər yaranmışdı. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş, məhz bu səbəbdən məhkəmə prosesi təxirə salınmışdı. 

''Lotu Yunus''un yaxınları bildirib ki, onun Azərbaycana gəlməsinə qadağa qoyulub. Ağır xəstə olan ''Lotu Yunus'' yaxınlarının, oğlunun yanında olmaq arzusundadır.

Xatırladaq ki, kriminal dairələrdə Yunus Bakinskiy və ya Yunus Yasamalskiy kimi tanınan titullu "qanuni oğru"nun həbsxanada baltalanan zaman başından aldığı xəsarətin fəsadları hələ də getməyib. Ona görə də, o, müalicə olunur. Bir neçə gün əvvəl Rusiyanın hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən ''Lotu Yunus'' saxlanılsa da, 1 gün sonra sərbəst buraxılıb. 

“Qanuni oğru” Bakı islah əmək müəssisələrində 20 ildən çox saxlanılıb və hələ 1984-cü ildə ad alıb. 

2008-ci ildə Yunus Bakinskiyə sui-qəsd olub. Oktyabr ayının 15-də Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 1 saylı koloniyasında cəza çəkən 1982-ci il təvəllüdlü Vəfadar Mirzəyev yatan Yunus Nəzərova balta ilə zərbə endirib. V.Mirzəyev hazırda Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. V.Mirzəyevin qolunu kəsiblər.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...