Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Taksi sürücülərinin turistləri qarşılama "şou"su - Hava limanında biabırçılıq

Bakıda taksi sürücüləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanında BakıKart alaraq "BakuBus"a məxsus "express" xətt avtobusları ilə şəhərə gəlmək istəyən turistlərin işinə yerli-yersiz müdaxilələr edirlər. Onların az qala ətəyindən yapışaraq, çantalarını məcbur götürərək dil tökür, yalandan ödəniş terminallarının işləmədiyini deyirlər.

Baxmayaraq ki, Beynəlxalq Hava Limanında taksilər üçün xüsusi yerlər nəzərdə tutulub, hətta xətt də çəkilib ki, o xətti keçməsinlər. Ancaq turistlərə qarşı həddən artıq "sevgiləri" onları sakit buraxmır. Baş verənlər isə bu ərazidə zaman-zaman acınacaqlı mənzərələrin, hadisələrin yaranmasına, tragikomik görüntülərin ortaya çıxmasına gətirib çıxarır.

Əlbəttə, taksi sürücüləri də öz xidmətlərini təklif edə bilərlər. Ancaq bu, daha sivil və mədəni şəkildə, turustləri aldatmadan, onlara yalnış məlumatlar vermədən, həyasızlıq, sırtıqlıq etmədən, əcnəbilərin zəhləsini tökmədən, onlarda ikrah və nifrət hissi yaradılmadan həyata keçirilməlidir.

Ölkəmizə səfər edən turistlərə yüksək xidmət əvəzinə yüksək qiymətlər təklif etmək fikrinə düşən taksi sürücüləri hava limanı ətrafında qurbanını gözləyən ovçuları xatırladır. Turistlərə olan ifrat "sevgiləri" isə onlara təyin olunmuş yerlərində dayanmağa imkan vermir...///milli.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...