Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Tibb Universitetində yaşlı kafedra müdirləri yola salınır

Azərbaycan Tibb Universitetinin (ATU) bir neçə kafedra müdiri yeniləri ilə əvəz olunacaq. 

Mynews.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, bu sırada adları çəkilən Urologiya, Oftalmologiya, Onkologiya , Travmatologiya və ortopediya, Uşaq cərrahlığı kafedralarının müdirlərinin vəzifədən kənarlaşdırılması gündəmdədir.  Urologiya kafedrasının hazırkı rəhbəri sabiq deputat, AMEA-nın müxbir üzvü, tibb elmləri doktoru Sudeyif İmamverdiyevdir.  

O, 1990-cı ildən ATU-da kafedra müdiri kimi fəaliyyət göstərir.

Oftalmologiya kafedrasının  hazırkı müdiri tibb elmləri doktoru, məşhur oftalmoloq Paşa Qəlbinurdur. O, 1991-ci ildən etibarən kafedra müdiri kimi fəaliyyət göstərir.

Travmatologiya və ortopediya kafedrasına hazırda travmatoloq-ortoped Əhməd Əhmədzadə  rəhbərlik edir. O, 1998-ci ildən kafedra müdiri vəzifəsində işləyir. 

Bu kafedranın rəhbərliyinə tibb elmləri namizədi, məşhur travmatoloq-ortoped Cəfər Nəsirlinin gətiriləcəyi gözlənilir.

Uşaq cərrahlığı kafedrasının hazırkı rəhbəri Çingiz Quliyev 1995-ci ilin may ayından bu postu tutur.

Sayt yazır ki, yeni kafedra müdirinin tibb üzrə fəlsəfə doktoru, tanınmış uşaq cərrahı Ramiz Poluxovun olacağı gözlənilir.

Onkologiya kafedrasının hazırkı rəhbəri deputat, cərrah-onkoloq Əhliman Əmiraslanov da uzun illərdir bu vəzifədə çalışır. O, 1993-cü ildə kafedra müdiri vəzifəsinə seçilib. 

Kafedranın yeni müdirinin qulaq-burun-boğaz xəstəlikləri və baş-boyun cərrahiyyəsi uzmanı Yusif Hacıyevin olacağı bildirilir.

Sayt kafedra müdiri vəzifəsinə gətiriləcəyi bildirilən namizədlərlə əlaqə saxlayıb. Travmatoloq-ortoped Cəfər Nəsirli kafedra ilə bağlı şərh verməyin düzgün olmadığı qeyd edib. Lakin  ümumi olaraq bildirib ki,  travmatologiya istiqamətində dünyada olan bir sıra gəlişmələri kafedrada da tətbiq etmək olar.

Uşaq cərrahı Ramiz Poluxov da ümumi danışıb. O, kafedrada iş getdiyini, yeniliklərin, kadr dəyişikliklərinin olduğunu, kafedra olaraq çox yeniliklərə imza atdıqlarını deyib.  Eyni zamanda, yeni texnologiyaların, avadanlıqların nəzərə alınmalı olduğunu vurğulayıb. Cərrahın sözlərinə görə, əsas önəmli məsələ vətəndaşlara düzgün cərrahi xidmət göstərməkdir.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...