Azərbaycanda bir sıra dövlət qulluqçuları işdən çıxarılacaqlar
Yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifələrdə çalışan orta təhsilli şəxslərin işdən azad olunması prosesinə başlanıb.
Bu barədə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın hüquq sektorunun müdiri Vüqar Əsgərov Trend-ə bildirib.
Sektor müdirinin sözlərinə görə, bu ilin iyununda “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə əlavə və dəyişikliklər edilib.
“Yeni Əsasnamənin qəbulundan sonra bu orqanlarda inzibati vəzifə tutan orta təhsilli dövlət qulluqçularının dövlət qulluğuna xitam verilib. “Dövlət qulluğu haqqında” qanunda inzibati vəzifələr və onlara tələblər konkret müəyyən edilib. Qanunun tələbinə uyğun olaraq, ali təhsili olmayanların dövlət qulluğuna xitam verilir”, – sektor müdiri deyib.
Onun sözlərinə görə, əgər şəxs “Dövlət qulluğu haqqında” qanunun qəbulundan, yəni 2001-ci ildən əvvəl bu vəzifədə işləyirsə, bu dəyişiklik onlara şamil olunmur və onların dövlət qulluğuna xitam verilmir.
“Dəyişiklik 2001-ci ildən sonra bu vəzifələrdə çalışan dövlət qulluqçularına şamil olunur. Xitam qərarını həmin şəxslərin çalışdıqları icra hakimiyyəti orqanının rəhbəri verir”, – Əsgərov deyib.
Sektor müdiri bildirib ki, Komissiyada yerli icra hakimiyyəti orqanlarında inzibati vəzifə tutan orta təhsilli şəxslərin sayı barədə məlumat yoxdur.
Həmin vəzifələrə qəbulun müsahibə yolu ilə həyata keçirildiyini deyən DQMK rəsmisi bildirib ki, həmin dövlət qulluqçularının vəzifədən çıxarılması sözügedən qurumların fəaliyyətində problem yaratmayacaq.
“Çünki, bu, kütləvi xarakter daşımır. Belə vəzifəli şəxslər əsasən icra hakimiyyəti nümayəndəliklərindədir. Onların sayı isə hər nümayəndəlikdə 1-2 nəfər ola bilər”, – Əsgərov qeyd edib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1109 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1096 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1096 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1093 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 992 dəfə oxunub