Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda YENİ QAYDA - Uşaqlarınız üçün etibarnamə almalısınız - VİDEO

Valideynlərin razılığını təsdiq edən rəsmi sənəd olmadan az yaşlı uşaqları qatarla bölgələrə aparmağa icazə verilmir.

Mynews.az  bildirir ki, bu yenilik "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən tətbiq edilir. Yaşı 10 dan aşağı olan uşaqlar nənə, baba və yaxın yaxud qohumları tərəfindən qatara bilet almaq istəyərkən onlardan valideynlərin icazə sənədi tələb edilir...

Əks halda həmin şəxslərə bilet satılmır. Bu icazə kağızı qatara mindikdə də vaqon nəzarətçisi tərəfindən yoxlanıldıqdan sonra uşaq qatara buraxılır. Yeni qaydaların məqsədi uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu dəyişiklik ictimaiyyət tərəfindən də müsbət qarşılanır.

Qeyd edək ki, bu qaydalar ölkədaxili avtobus səfərlərində tətbiq edilmir. /xezerxeber.az

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...