“Kupça”ların verilməsinə dair yenilik edilib
Əmlak Məsələləri Dövlət Komitəsi “Kütləvi çıxarış” kampaniyasının keçirilməsində daha bir yenilik edib.
Mynews.az xəbər verir ki, bu kampaniya çərçivəsində sakinlər iş yerlərində də evlərinə, torpaqlarına sənəd ala biləcəklər.
Komitə bundan sonra “Kütləvi çıxarış” kampaniyaları iri sənaye və istehsal müəssisələri, zavodlar, fabriklər və müxtəlif təsərrüfatlarda birbaşa yerlərdə onların işçiləri üçün də keçiriləcək.
Bütün bu sosial və innovativ tədbirlər qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır.
Belə addımlar vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnir.
Komitə əhalini bu yeniliklərdən faydalanmağa və yaradılan əlverişli şəraitdən istifadə etməklə əmlaklarını sənədləşdirməyə dəvət edir.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 969 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 937 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 928 dəfə oxunub