Azərbaycanda axund vəzifəsi ləğv olundu
"İstəyirik ki, bu İslam Həmrəyliyi İli çərçivəsində belə bir qərar qəbul edək ki, axund sözü yığışdırılsın, onun yerinə ancaq imam sözü işlədilsin".
Mynews.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qazilər Şurasının toplantısında deyib.
QMİ sədri bildirib ki, axund sözü dünyada, məsələn, Türkiyədə işlədilmir.
Toplantıda QMİ sədrinin bu təklifi səsə qoyulub və axund sözü yığışdırılaraq onun yerinə məscidlərdə ancaq imam vəzifəsinin olması qəbul olunub.
Beləliklə, bundan sonra məscidlərdə axund vəzifəsi olmayacaq, yalnız imam vəzifəsi olacaq.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- “Nar” ilə səyahətdə WhatsApp-da pulsuz yazış! 960 dəfə oxunub
- Emin Ağalarov söz verdi 960 dəfə oxunub
- Moskvada daha bir DƏHŞƏT 958 dəfə oxunub
loading...