Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"Bu verilişə qatılanların yarısı fahişədir" deyən müğənnidən daha bir ŞOK İDDİA - VİDEO

Aparıcılıq etdiyi evlilik verilişinin məşhur bəy namizədi Birkanın qadın alveri ilə bağlı həbsini şərh edən müğənni Nihat Doğan şok iddialar səsləndirib.

Mynews.az Haberler-ə istinadən xəbər verir ki, əvvəllər də etdiyi açıqlamalarla izdivaç verilişlərini hədəf alan və "Bu verilişə qatılanların yarısı fahişədir" çıxışıyla gündəmə gələn Nihat Doğan Birkanın həbsindən sonra çox danışılacaq bir iddia ortaya atıb.

Beyaz TV ekranlarında yayımlanan "Söylemezsem Olmaz" proqramının ötəngünkü bölümündə məsələyə münasibət bildirən Nihat Doğan "O zaman söylədim, bu gün də deyirəm. Bəy namizədlər arasında qadın satanlar var" deyib.

Zuhal Topala və gəlin namizədlərə də ağır ifadələr söyləyən Nihat Doğan "Gün gələcək o evlilik proqramındakı o "əxlaqlı", "namuslu" qızlarımız saxlanılarsa, təəccüblənməyin. Mən hər zaman düzün söylədim. Üstünə götürən götürsün" deyib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...