“Ürəyin istəmir, alma…” - Məşhur market müştəriləri belə aldadır - FOTOLAR
Bakıda daha bir market müştərini aldatmaq istəyib.
Bu barədə “Qafqazinfo”ya Mircəlal Məcidov şikayət edib. O bildirib ki, “Fresco” marketin Nəsimi rayonu, S.Rəhimov küçəsi, 179A ünvanında yerləşən filialında satıcıların qanunsuz hərəkəti ilə üzləşib:
“Hər gün bu marketdən alış-veriş edirəm. Hər dəfə də meyvə bölümündə problemlə rastlaşıram. Satıcılar ucuz meyvənin üzərinə baha meyvənin qiymətini vurur. Bu hal birinci dəfə deyil. Bundan əvvəl də bir neçə dəfə belə hal yaşanmışdı. Bu gün piştaxtada qiyməti 2.58 olan şaftalını daha baha, 2.75 qəpiyə satdılar. Satıcıdan niyə baha qiymət yazdığını soruşduqda kobud şəkildə cavab verdi. Dedi ki, ürəyin istəmir, alma. Biz beləyik”.
Şikayətçi daha sonra supermarketin cavabdeh şəxslərinə məlumat versə də, problemin həll olunmadığını qeyd edib:
“ Şikayətimi marketin Yuliya adlı qadın əməkdaşına da bildirdim. Sadəcə susub, baxırdılar. Heç bir söz demədilər”.
M. Məcidov qarşılaşdığı qanunsuzluqla bağlı İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi şəkildə şikayət etdiyini də bildirib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 955 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 927 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 917 dəfə oxunub