Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Yeni açılan məktəbin rus bölməsində BİABIRÇILIQ - Şagird var, müəllim tapılmır

Bakının Masazır qəsəbəsində yerləşən 4 nömrəli tam orta məktəbdə rus bölməsi olsa da şagirdlərə dərs deyəcək müəllimlər yoxdur.

Mynews.az xəbər verir ki, bu şikayəti baku.ws-ə övladı həmin məktəbdə rus bölməsində təhsil alan validenylər bildiriblər.

Onların sözlərinə görə, sentyabrın 15-də məktəbin rus bölməsinin şagirdləri 3 saat həyətdə günün altında dayandıqdan sonra evə gediblər.

“Buna səbəb həmin məktəbdə rus bölməsinin müəllimlərinin olmamasıdır. Məktəbin direktoru Xatirə Şabanova dedi ki, səbirli olun, rus sektoru üçün müəllim tapmaq çətindir. 2-3 günə müəllimlər gələcək, narahat olmayın”, - deyə şikayətçi valideynlər bildirir.

Valideynlər qeyd edirlər ki, direktor bu sözləri 3 ay bundan əvvəl, məktəb yeni fəaliyyətə başladığı il demişdi.

Qeyd edək ki, 4 nömrəli tam orta məktəbin ötən ilin oktyabr ayında açılışı olub.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...