Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Məşhur Azərbaycan brendi dünyaya açılır - FOTOLAR

İstanbulun “Zorlu Center” ticarət mərkəzində 12-15 sentyabr tarixləri arasında “Mercedes-Benz Fashion Week” dəb həftəsi keçirilib.

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, tədbirin son günü-sentyabrın 15-də Türkiyədə yaşayan dünyaşöhrətli azərbaycanlı model Rüfət İsmayılın “Naz by RufatIsmayil” moda evinin geyim kolleksiyası nümayiş edilib.

Oxu.Az-ın məlumatına görə, “Naz” moda evi tanınmış azərbaycanlı dizayner Fəridə Məmmədova tərəfindən təqdim olunub. Onun əsas məqsədi azərbaycanlı dizaynerlərin işini dünyaya tanıtmaq və yüksək moda sahəsinə töhfələr verməkdir.

“Fusion” adlı kolleksiyada 2018-ci ilin yaz-yay mövsümünün geyimləri nümayiş edilib. “Naz by RufatIsmayil” moda evinin qadın geyimləri kolleksiyası 1800-cü illərin obrazlarından ilhamlansa da, buraya müasir çalarlar əlavə edilib.

Moda nümayişində Türkiyənin populyar modelləri – Çağla Şikel, Özge Ulusoy, Şebnem Şefferlə yanaşı, qardaş ölkədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva da iştirak edib.

“Naz by RufatIsmayil” moda evinin kişi geyimləri kolleksiyasını isə kikboks üzrə dünya çempionu Avatar Atakan təqdim edib.

Qeyd edək ki, “Mercedes-Benz Fashion Week” hər il müxtəlif ölkələrdə keçirilir. Dəb həftəsi Rusiya, Almaniya, ABŞ, Türkiyə, Avstraliya və digər ölkələr də təşkil olunub.











 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...