Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi təsdiqlədi - Çox müəllim ixtisara düşüb

Bir neçə gündür bir sıra təhsil müəssisələrində, o cümlədən də Milli Konservatoriyada kütləvi ixtisarların başlaması ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bununla bağlı iclas keçirərək, 3 pedaqoq-müəllimin və 20 müşayiətçi-müəllimin işdən çıxarıldığını elan edib.

Bu barədə "Qaynarinfo"ya açıqlama verən xalq artisti bunun maliyyə çətinlikləri ilə əlaqədar olduğunu bildirib:   "Maliyyə çətinlikləri səbəbindən ixtisarlar gedir. Təkcə Cabir Abdullayev yox, çox müəllim ixtisara düşüb. Bu hər yerdə baş verən bir hadisədir. Onları qəsdən işdən çıxarmırıq. Bundan bayraq düzəltməyin bir mənası yoxdur".   Tələbələrin Cabir Abdullayevin sinfində dərs almalarını istəməməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirən S.Kərimi mətbuatı yalan informasiya yaymaqda ittiham edib:   "Ağzlarına gələni yazırlar. Onlarla hər şeyi durub müzakirə edəsi və ya izahat verəsi deyiləm", - deyə o, bildirib.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...