Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda polis sərnişinin həyatını xilas etdi - "Boş şeydi, mənim də balam var..."-FOTO

Dövlət Yol Polisi əməkdaşları avtobusda qəfil halı pisləşən sərnişinin həyatını xilas edib.

Hadisə DYP-nin Nəvai postu yaxınlığında baş verib. Bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev şəxsi Facebook hesabında bildirib. Onun sözlərinə görə, rayondan Bakıya gələn mikroavtobusun sərnişinlərindən birinin halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da gəlib çıxmayıb. Bu zaman postun polisləri müdaxilə edərək xəstəni içəri aparıblar. Daha sonra isə Anar adlı inspektor onu 1 saylı xəstəxanaya çatdırıb.

"Bu avtomobildə xidmət aparan yol polisi inspektorunun adı Anardır. Bilirsiniz bu gün nə edib? Əksəriyyətinizin təxmini doğru deyil. Deməli bu gün rayondan gələn mikroavtobusun sərnişinlərindən birinin DYP-nin Nəvai postunun yanında halı pisləşir. Sərnişinlərin müdaxiləsi nəticə vermədikdə təcili tibbi yardım çağrılır. Hansı səbəbdənsə təcili tibbi yardım gəlmir. Bu zaman postun polisləri müdaxilə edirlər. Xəstəni içəri aparırlar. təcili tibbi yardımı gəlməyə məcbur edirlər. Daha sonra inspektor Anar xəstəni anası ilə birgə maşına əyləşdirərək Semaşkoya çatdırır. Yolda iki dəfə halı pisləşən xəstəyə müdaxilə edir, çantalarını özü maşına yükləyib boşaldır. Semaşkoda işləyən qohum həkimdən yardım istəyir və sair və ilaxır. 1 saata yaxın da Semaşkoda müayinə və tibbi müdaxiləni gözləyir. Xəstə qohumları ilə birgə xəstəxananı tərk edəndən sonra isə oradan ayrılır. 

Sadəcə Allah razı olsun belə vicdanlı polisimizdən. "Boş şeydi, mənim də balam var" deyirdi".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...