Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Piyadanın ölümünə səbəb olan sürücü xəstəxanadan qaçıb

Abşeron rayonunda piyadanın ölümünə səbəb olan sürücü xəstəxanaya yerləşdirilib və ordan yaralı vəziyyətdə qaçıb.

Mynews.az report.az-a istinadən bildirir ki, piyadanın ölümü ilə nəticələnən yol qəzası Xırdalan şəhərində baş verib.

Belə ki, Heydər Əliyev prospektində təxminən 25 yaşlı Orxan (soyadı hələlik məlum deyil) idarə etdiyi 99-CP-033 dövlət qeydiyyat nişanlı, "Mercedes" markalı avtomobillə əvvəlcə yolu keçən 1971-ci il təvəllüdlü Ağazadə Səmayə Adil qızını vurub. Daha sonra avtomobil yol kənarındakı hasara çırpılıb. Piyada hadisə yerində ölüb. Sürücü isə açıq kəllə-beyin travması alaraq 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Lakin o, həkimlərin ilkin tibbi yardımı zamanı xəstəxananın pəncərəsindən qaçıb.

Hazırda Abşeron Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün axtarışına başlayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...