Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb - YENİLƏNİB - FOTOLAR

“28 Mall” Ticarət Mərkəzi bu gün səhər saatlarından bağlanıb. Mollun qarşısına alış-verişə gəlmiş xeyli adam toplaşsa da, onların içəri girişinə icazə verilmir. Mühafizəçilərin virtualaz.org-a bildirdiyinə görə, bağlanmaya səbəb səhər saat 10:00-dan ticarət mərkəzinə elektrik enerjisinin verilişinin dayandırılmasıdır.
 
“28 Mall” ticarət mərkəzinin nə vaxt açılacağı ilə bağlı heç bir məlumat verilmir. Mühafizəçilərin sözlərinə görə, hazırda içəridə yalnız mağaza və digər obyektlərdə çalışan işçilərdən başqa heç kim yoxdur. Yalnız elektrik enerjisi veriləndən sonra içəri girişə icazə veriləcək.
 
Elektrik enerjisinin hansı səbəbdən dayandırıldığı və ticarət mərkəzinə bağlı qaldığı müddətdə dəyən ziyanla haqqında məlumat verilmir.
 
***
 
“Azərişıq” ASC-nin Mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qafqazinfi-ya bildirib ki, problemdən xəbərdardır: 
 
“İşığın olmamasının bizimlə əlaqəsi yoxdur. Ticarət mərkəzinin öz daxili işıq xətlərində qəza baş verib. Ona görə də “28 Mall” rəhbərliyi problemin aradan qaldırılması üçün bizə müraciət edib. Hazırda əməkdaşlarımız oradadır və qəzanın aradan qaldırılması üçün çalışırlar”.
 
.
 
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...