Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Metroda sərnişinlər üçün xoş mənzərə - VİDEO

"Bakı Metropoliteni" QSC növbəti sosial layihəni gerçəkləşdirib. Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəylinin doğum günüdür. Həmin gün respublikamızda Milli Musiqi günü kimi qeyd edilir. 

Mynews.az-ın AZƏRTAC-a istinadən məlumatına görə, bu münasibətlə metronun “İçərişəhər” stansiyasında artıq ənənə halını alan musiqili proqram təşkil olunub. 

Metropolitendən istifadə edən sərnişinlərə bayram ovqatı bəxş etmək məqsədilə sərnişin axını daha çox olan bir neçə stansiyanın vestibülündə konsert proqramı təşkil edilib. Proqramda milli və klassik musiqi nümunələri səsləndirilib.

Konsert proqramının afişasını sərnişinlərin nəzərinə çatdırırıq: 

- “İçərişəhər” stansiyası – saat 12:00-13:30; 
- “28 May” stansiyası – saat 13:00-14:30; 
- “Elmlər Akademiyası” stansiyası – saat 14:00-15:30; 
- “Memar Əcəmi” stansiyası (Bənövşəyi xətt) – saat 15:00-16:30. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...