Qəlyan çəkənlərə - BƏD XƏBƏR
Milli Məclisdə keçirilən müzakirələrdə qəlyanın qadağan olunması təklif edilib.
Mynews.az Report-a istinadən xəbər verir ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Araz Əlizadə deyib ki, qəlyan çəkməyi qadağan etmək lazımdır: “Bu, çox ziyanlıdır. Bunun arxasında kim dayanır bilmirəm, amma yığışdırmaq lazımdır. Deyirlər, bunu turistlər istəyirlər. Ölkəyə gələn hər bir kəs qanunauyğun davranmalıdır”.
Komitə sədri Hadı Rəcəbli isə çıxışında deyib ki, ölkədə siqaretə tətbiq olunan qadağalar qəlyana da tətbiq edilir.
Araz Əlizadə isə buna etiraz edib. O deyib ki, qəlyan tamamilə qadağan olunmalıdır.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 963 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 924 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 915 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 914 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 911 dəfə oxunub
loading...