Oturaq həyat tərzi ömrü səkkiz il qısaldır

San-Dieqo tibb məktəbinin alimləri bildiriblər ki, oturaq həyat tərzi sürən yaşlı qadınların ömrü səkkiz il qısalır. Tədqiqatın nəticələri “American Journal of Epidemiology” jurnalında dərc edilib.
Mynews.az “EurekAlert!” saytına istinadən xəbər verir ki, tədqiqatda 64-95 yaş arasında 1500 qadın iştirak edib. Onların sağ buduna yeddi gün ərzində gecə-gündüz fiziki fəallığı izləyən akselerometr bərkidilib. Sonra alimlər xromosomun qurtaracağında olan telomerin uzunluğunu ölçüblər.
Aşkar edilib ki, gündə azı 30 dəqiqə fiziki hərəkət edən adamda telomerin uzunluğu oturaq həyat tərzi keçirən adamla müqayisədə daha çoxdur. Bu onu göstərir ki, oturaq həyat tərzi sürən insanlarda hüceyrələr tez qocalır və yaşla bağlı xəstəliklərin yaranması riski çoxalır.
Telomerlər DNT-nin ardıcıl təkrar sırasından ibarətdir. Onlar çoxalan xromosomları zədələnmədən qoruyur, lakin hər bölünmədə qısalır. Hesab edilir ki, bu proses qocalma ilə əlaqədardır. Olduqca qısa telomerləri olan hüceyrələr öz funksiyalarını yerinə yetirə bilmir və məhv olur.
Cəmiyyət
- Mübariz Mənsimov azadlığa buraxıldı? - Köməkçisindən açıqlama
- Azərbaycanda orta aylıq əməkhaqqı artıb
- "Qaçqınkom": Geri qayıtmayanlar məcburi köçkün statusunu itirəcəklər
- “Hərəkətinə icazə verilən şəxslər sui-istifadə edərək, bölgələrə gedirlər” - DİN-dən XƏBƏRDARLIQ
- Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi
- Azərbaycanda ətin qiymətinin 15 manata qaldırılması ilə bağlı AÇIQLAMA
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də azaldı 957 dəfə oxunub
- ŞOK XƏBƏR: Azərbaycanda hər kəs Ermənistana GEDƏ BİLƏCƏK - VİZASIZ/FOTO 940 dəfə oxunub
- Azərbaycanda baş verən ağır qəzanın görüntüləri - ANBAAN VİDEO 934 dəfə oxunub
- "Qarabağ bizim yox, Azərbaycanındır!" - VİDEO - İrəvanda xalq ayağa qalxdı 926 dəfə oxunub
- İlham Əliyev, Putin və Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq 915 dəfə oxunub