Azərbaycanlı ata öz qızlarını erməni sevgilisinə verdi - VİDEO
Rusiyada yaşayan azərbaycanlı kişi iki qızını erməni qadının himayəsinə verib. Bu barədə Xəzər TV-də yayımlanan "Səni axtarıram" verilişində məlumat verilib.
Oxu.az xəbər verir ki, Aydın adlı azərbaycanlı 15,17 yaşlı qızlarını erməni qadına etibar edib. Verilişə şikayətçi qismində qatılan qadın kürəkəninin iki qız övladını birlikdə yaşadığı erməni qadına əmanət etdiyini bildirib. Nənə erməni qadının onun nəvələrinə əziyyət verdiyini diqqətə çatdırıb.
Lakin kürəkən yayılan xəbərləri təkzib edib. O, nənənin uşaqlarını ona qarşı qaldırdığını qeyd edib.
"Mən uşaqlarımı heç kimə etibar etməmişəm. Övladlarıma mən və bacım baxırıq", - deyə verilişə zəng edən ata bildirib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 923 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 905 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 596 dəfə oxunub
loading...