Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İki uşağın müəmmalı ölümü - Anası səhər tezdən Aqşini həkimə aparırmış

Sabirabadda bir ayın içində dünyasını dəyişən bacı ilə qardaşın ölümünün bəzi təfərrüatları məlum olub.

Mynews.az aznews.az-a istinadən bildiriri ki, rayonun Həşimxanlı kənd sakinlərinin verdiyi məlumata görə, ailənin kiçik övladı bir ay bundan əvvəl ölüb: “Ailənin iki uşağı olub. Balaca uşaq bir ay əvvəl ölüb. Həmin uşaq anadangəlmə astma xəstəsi idi. Dəfələrlə Bakıda xəstəxanalarda müalicə olunub. Həmin arada bu uşaq yanıb. O hadisədən uşaq şok keçirib. Amma ailənin digər ikinci, yəni böyük uşağı Səma Əsədli isə dünən dünyasını dəyişib”.

Sakinlər qeyd edib ki, Səma Əsədlinin atası Əsəd xəstədir: “Aqşin nevroz xəstəsidir. Anası səhər tezdən Aqşini həkimə aparırmış. Səma yerinin içindən nənəsinə səslənib ki, “nənə, həkimdən qayıdanda, mən oyuncaq al”. Nənə Aqşini həkimə aparıb, qayıdanda görüb ki, Səma yuxudan oyanmayıb. Atası yorğanı qaldıranda baxıb ki, Səma gömgöydür. Nə qədər çağırıbsa, səs verməyib. Həkim gələndə isə artıq onun öldüyünü deyib”.

Qeyd edək ki, Sabirabbada bacı ilə qardaş bir ayın içində dünyasını dəyişib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...