Vergilər Nazirliyi “Turan”la bağlı istintaqı dayandırdı
“Turan” agentliyinə qarşı başlanan istintaq dayandırlıb.
Mynews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə agentliyin elektron poçtuna Vergilər Nazirliyi məktub ünvanlayıb.
Qeyd edilir ki, “Turan”ın səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın ləğv edilməsi ilə bağlı şikayətinə baxılıb.
Aparılan yoxlamalar zamanı məlum olub ki, agentliyin müvafiq iddiası üzrə iş 1 saylı Bakı İnzibati-İqtisad məhkəməsinə verilib.
Vergi riskləri departamentinin rəhbəri Cəbrayıl Fəridin adından göndərilən məktubda inzibati və məhkəmə yoxlamasının eyni zamanda keçirilməsinin qeyri-mümkün olduğu, agentliyin ona qarşı araşdırmanın dayandırılması ilə bağlı müraciətinin məhkəmə orqanlarına təqdim edildiyi qeyd edilib.
Bildirilib ki, agentliyə qarşı əvvəllər başlanmış istintaqın dayandırılması barədə qərar qəbul edilib.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 957 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 915 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 907 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 906 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 903 dəfə oxunub