Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanlı idmançı Ukraynada dənizdə boğuldu

Azərbaycanlı idmançı Kamil Yusubov Ukraynada dənizdə boğulub.

Mynews.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə 2 gün öncə baş verib.

Bir müddət güləşlə məşğul olan Kamil Ukraynada yaşayırmış. Odessa şəhərində bizneslə məşğul olan Usubovun cəsədi dənizdən çıxarılıb. 

Mərhumun cənazəsi bu gün Azərbaycana gətiriləcək. 

Qeyd edək ki, Kamilin qardaşı Ramil Yusubov da hazırda Azərbaycan sərbəst güləş millisinin üzvüdür. Ramil son Azərbaycan çempionatında bürünc medal qazanıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...