Yol polisi uşağın yaşını necə müəyyən edəcək? - VİDEO
Yol polisi avtomobildə xüsusi oturacaqlar olmadan uşaq daşıyan sürücülərə qarşı mübarizəni gücləndirdiyini açıqlamışdı. Bildirildi ki, 12 yaşından aşağı olan uşaqların maşın daşınma qaydalarını pozan belə sürücülər cərimələnəcək. Amma maraqlıdır, yol polisi belə halla qarşılaşarsa uşağın yaşını necə müəyyən edəcək? Çünki adətən valideyinlər uşaqlarının yaş kağızlarını üzərində gəzdirmir. Məsələyə əməkdaşlarımız aydınlıq gətirib. Üstəlik sizin üçün avto kresloların satış yerləri, qiymətləri, funksiyaları haqda araşdırma aparmışıq.
Avtomobildə xüsusi oturacaqsız aparılan uşaqların yaşı necə müəyyən ediləcək? Çünki qanunda bunun xüsusi mexanizmi yoxdur. Üstəlik azyaşlı böyük görünə, yaxud, 12-dən çox yaşı olan uşaq kiçik görünə bilər.
Mynews.az xezerxeber.az-a istinadən xəbər verir ki, Yol Polisi bildirir ki, bu yalnız vizual baxışla müəyyən edilir. Amma lazım olrsa yol polisi bort kompyuter vasitəsilə uşağın ad soyadını, doğum tarixini qeyd edib dəqiq məlumat ala bilər.
Bu arada uşaqlar üçün avtokresloları hardan almaq olar? Bakıda uşaq aksesurları satan bir çox mağazalarda belə oturacaqlar müxtəlif qiymətlərə satılır.
Bir çox elan saytlarında ucuz qiymətə işlənmiş avto kreslolar da satılır. Mütəxəssislər isə işlənmiş oturacaqları almağı məsləhət görmür.
Üstəlik oturacaqların quraşdırılma qaydasını da bilmək lazımdır. 13 kiloqram çəkidən böyük olan uşaqlar üçün isə normal qaydada, istər ön , istər də arxa oturacaqda quraşdırılır. Quraşdırılmanı mütləq mütəxəssis etməli, kortəbii edilməməlidir.
Milli.Az
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 917 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 552 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 551 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 199 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 195 dəfə oxunub