Hacı Tural həbs olundu - GÖRÜN NƏ OĞURLUĞU ÜSTÜNDƏ
Saatlı rayonu ərazisindəki fermalardan birindən 2 baş qoyun oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Şirvan şəhərinin Z.Hacıyev küçəsində şəhər sakini Ramil Abbasobvun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıb.
Avtomobilin yük yerinə baxış zamanı orada 2 baş qoyun aşkar edilib. Sürücü və sərnişinləri – Sabirabad rayon sakinləri Hacı və Tural Əmiraslanovlar saxlanılaraq ŞPŞ-yə gətiriliblər. Araşdırmalar zamanı onlar izahatlarında qeyd edilən qoyunları Saatlı rayonu ərazisindəki fermalardan birindən oğurladıqlarını etiraf ediblər.
Hər üç şəxs toplanmış materiallarla birgə Saatlı RPŞ-yə təhvil veriliblər.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 925 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 906 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 597 dəfə oxunub