Qaxda 42 yaşlı qadın itkin düşdü - FOTO
Qax rayonunda 42 yaşlı qadın itkin düşüb.
Qax rayonunun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva sentyabrın 21-dən yoxa çıxıb.
Onun anası Qax Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək bildirib ki, qızı Rəsmiyyə Babayeva dünən səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.
Rəsmiyyə Babayevanın əlamətləri: Boyu 143 sm, gözlərinin rəngi şabalıdıdır. Evdən çıxarkən əynində qırmızı köynək, ağ-qara xallı şalvar, ayağında qara rəngli rezin ayaqqabı olub.
Onu görənlərdən və yaxud yerini bilənlərdən Qax Rayon Polis Şöbəsi ilə əlaqə saxlamaları xahiş olunur. (report)
Tel:(02425) 5 23 52; Mob:055-625-03-78
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 972 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 939 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 929 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 929 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 926 dəfə oxunub
loading...