Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

"İxtisas qruplarına daxil olan fənlərin sayı 5-dən 3-ə endiriləcək" - Təhsil eksperti

Təhsil eksperti Elçin Əfəndiyevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik: 

- Elçin müəllim, Dövlət İmtahan Mərkəzinin və Təhsil Nazirliyinin yeni qərarı barədə fikirlərinizi bilmək istəyirdik.

- Bilirsiniz ölkədə 2009-cu ildən etibarən kurikulum sisteminə keçilmişdir. Artıq o sistem üzrə təhsil alan şagirdlər 2019-cu ildə 11-ci sinifi bitirərək qəbul imtahanı verəcəklər. Bu isə yeni imtahan modelləri və qiymətləndirmə meyarları əsasında aparılacaqdır.

Bu gün Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadə və Təhsil Nazirinin müavini Ceyhun müəllimin birgə verdikləri qərara əsasən 2019-cu ildə buraxılış imtahanları 3 fənn üzrə aparılacaqdır. Bu vaxta kimi buraxılış imtahanları Azərbaycan dili, ingilis dili və riyaziyyat fənləri üzrə aparılırdı. Ehtimal olunur ki, yenə də bu 3 fənn üzərindən buraxılış imtahanları keçiriləcəkdir. Bundan əlavə verilən qərara əsasən, ali məktəblərə hazırlıq üzrə formalaşan ixtisas qruplarına daxil olan fənlərin (V qrup istisna) sayı 5-dən 3-ə endiriləcəkdir. Bu isə o deməkdir ki, fənlər ya 3, ya da 6-lıq formatında olacaqdır.

3 fənn üzrə olacağı təqdirdə DİM bu il 9-cu siniflərin buraxılış imtahanlarında istifadə etdiyi metodu tətbiq edə bilər. (Yəni ilk mərhələdə Azərbaycan dili və riyaziyyat üzrə kurikulum qayadasında imtahan götürmüşdüsə, ikinci mərhələdə ənənəvi qaydada qapalı tipli test üsulu ilə imtahan götürmüşdü). Belə ki, indi də Azərbaycan dili, ingilis dili və riyaziyyat fənləri üzrə buraxılış imtahanlarını kurikulum əsasında, qəbul imtahanını isə yenə bu fənlər üzrə test üsulu ilə götürə bilər. Və yaxud da buraxılış imtahanlarını bu 3 fənn üzrə götürüb, qəbul imtahanlarını başqa (ola bilər ki, riyaziyyat qəbul fənləri sırasında da yer alar) fənlərdən götürsün. Təbii ki, bu zaman ixtisas qruplarının ixtisarı və eləcə də bəzi qruplara yeni fənlərin gəlməsi zərurəti yarana bilər.

Qərara əsasən, həm buraxılış imtahanı, həm də qəbul imtahanı nəticələri birgə hesablanacaq-toplanacaqdır. Bundan əlavə əvvəlki illərdə olduğu kimi 2019-cu ildə də abituriyentlər buraxılış imtahanları əsasında qabiliyyət tələb edən ixtisasları və 11 illikdən kollecləri yaza biləcəklər.

- Elçin müəllim,bütün bu yeniliklər barədə yekun müddəalar nə vaxt bilinəcəkdir?

- Bu ayın sonunda ictimaiyyətə DİM tərəfindən açıqlama veriləcəyini gözləyirik.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...