Bakıda avtoşluğa görə tutulan 20 yaşlı qız görün hansı vəzifəli şəxsin qızı imiş - FOTOLAR
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin qızına məxsus avtomobil cərimə meydançasına aparıldığı bildirilir.
Mynews.az-ın yenicag.az-a istinadən verdiyi məlumata görə, bu barədə məlumatı yol polisindəki mənbə verib.
Məlumata görə, 20 yaşlı Hacıyeva Fatimə Hafiz qızı gecə saatlarında idarə etdiyi qara rəngli "Hyundai İX-35" markalı avtomobillə restoranlardan birindən çıxıb.
O, "Azneft" dairəsində Dəniz vağzalı istiqamətində hərəkətdə olarkən "Toyota Avalon" və "Niva" markalı avtomobilərlə ötüşməyə başlayıb.
Yol-patrul xidmətinin əməkdaşlarına avtomobilləri saxlamaq göstərişi verilib. Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsinin naryadı ötüşən avtomobilləri saxlayıb.
Hər üç maşın cərimə meydançasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
H. Hacıyev məsələ ilə bağlı "Qafqazinfo"ya açıqlama verib. O qeyd edib ki, onun Fatimə Hacıyeva adlı qızı yoxdur: "Bunlar mənə qarşı şər kampaniyasının tərkib hissəsidir. Qızımın heç maşını da yoxdur. Kimsə mənə böhtan atır".
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 954 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 913 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 904 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 904 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 901 dəfə oxunub