“Şeyxin qərarı sünni-şiə problemini alovlandıracaq”
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin “Axund vəzifəsi tədricən yığışdırılacaq və vahid idarəçilik sisteminə keçiləcək” açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.
Dini Qurumlar üzrə Dövlət Komitəsinin keçmiş sədri Rafiq Əliyev Modern.az-a açıqlamasında bildirib ki, bu dəyişiklik sünni-şiə mübahisəsini alovlandıra bilər:
“Sünnilərdə axund adı işlədildiyi halda, bu, şiələrdə imamdır. Bu səbəbdən axund sözünün yığışdırılıb, onun yerinə ancaq imam sözünün işlədilməsi sünnilərin narazılığına səbəb ola bilər. Bu qərar sünni-şiə problemini daha da alovlandıracaq, ona görə də qərarın mənfi nəticələrini nəzərə almaq lazımdır”.
Məsələ ilə bağlı QMİ sədrinin ictimaiyyətlə əlaqələr və ailə məsələləri üzrə müavini Qəmər Cavadlı açıqlamasında kütləvi informasiya vasitələrinə məsələnin mahiyyətini düzgün araşdırmağı tövsiyə edib:
“Çox təəssüf edirik ki, məzhəblərarası yaxınlaşmaya xidmət edən istilah (ifadə) reformasını bizim KİV-lər vətəndaş qarşıdurması kimi səciyyələndirməyə çalışırlar. Məsləhət görərdim ki, məsələnin mahiyyətini düzgün araşdırasınız”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 995 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 958 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 948 dəfə oxunub