Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

3 gün əvvəl itkin düşmüş qadın tapıldı

Sentyabrın 21-də Qax rayonu ərazisində itkin düşmüş qadın tapılıb.

Mynews.az-ın "Report"a istinadən məlumatına görə, rayonun Qapıçay kənd sakini, 1975-ci il təvəllüdlü Rəsmiyyə Davud qızı Babayeva Qax rayon Polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 23-ü günorta saatlarında tapılıb.

Tanışının evində olan qadın ailəsinə təhvil verilib.

Qadın sentyabrın 21-i səhər saatlarında yaşadığı Qapıçay kəndindən Qax şəhərinə böyürtkən satmaq adı ilə gedib və bir daha geri qayıtmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...