Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

VALİDEYNLƏR DİQQƏT! - 14 yaşlı hər 4 qızdan birində depressiya var

Böyük Britaniyada aparılan bir araşdırmaya görə, 14 yaşlı hər dörd qızdan birində və eyni yaşda olan hər 10 oğlan uşağından birində depressiya əlamətləri müşahidə edilir.

Mynews.az deyerler.org-a istinadən bildirir ki, Liverpul Universitetinin apardığı araşdırmaya görə, ailələr bu yaşda olan övladlarının ruhi sağlamlıqlarındakı problemləri qiymətləndirməkdə çətinlik çəkirlər, bəzən də yüngül hesab edirlər.

Araşdırmanı aparan Pravita Patalay və tədqiqatçı qrupu 2000 və 2001-ci illər arasında doğulmuş 10 mindən çox uşaq və gəncin hiss və həyəcanlarını bölüşmələrini istəyib.

Nəticələr görünüşləri ilə barışmadıqlarını və sınaq stressinin bu uşaqlarda depressiyaya təkan verdiyini göstərib.
Araşdırmanın əsas nəticələri bunlardır:
- Qorxu və depressiya simptomları rast gəlinən qızların sayı oğlanlardan çoxdur.
- İqtisadi vəziyyəti yaxşı olmayan ailələrin 14 yaşlı uşaqları, yaşıdlarına nisbətən daha çox depressiya keçirir.
- Bu yaşdakı uşaqların dedikləri ümumiyyətlə ailələrinin təsvir etdiyi əlamətlərə uyğun gəlmir. Yəni ana və atalar qız və oğlan uşaqlarının ruhi sağlamlığı ilə bağlı ehtiyaclarını yüngül sayırlar.

Böyük Britaniyadakı Milli Uşaq Bürosunun rəhbəri Anna Feuçtvanq uşaqlıqda baş verən ailədaxili zorakılıq, itkilər və ya ailə fərdlərinin etinasızlıqları kimi, amillərin uzun illər ərzində öz təsirini göstərdiyini söyləyib. "Ən pisi də gənclər problemləri ilə mübarizə aparmaq üçün gedəcəkləri doğru mexanizmləri tapmaqda çətinlik çəkirlər", - deyə Feuçtvanq bildirib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...