Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Milli Qəhrəmanın adını daşıyan məktəbin ərazisini satdılar - Cəlilabadda özbaşınalıq (VİDEO) - VİDEO

Cəlilabad şəhərində Milli Qəhrəman Eldar Həsənovun adını daşıyan 3 saylı ümumi orta məktəbinin idman meydançasının satıldığı iddia olunur.

Mynews.az xəbər verir ki, bu barədə azxeber.com-a göndərdiyi videoda Emil Bayramov adlı oxucu məlumat verib. Onun sözlərinə görə, Milli Qəhrəmanın adını daşıyan sözügedən məktəbin idman meydançası icra başçısı Əziz Əzizov və onun yaxın adamı Təhsil Şöbəsinin müdirəsi Elminaz Nadirova tərəfindən satılıb. İddiaçının sözlərinə görə, bu işdə məktəb direktoru Nazim Əliyevin də iştirakı olub.

Sözügedən iddia ilə bağlı video-görüntü göndərən şikayətçi məktəbin hazırda tamamilə yararsız vəziyyətdə olduğunu, dərslərin tövləyə bənzəyən yerdə keçirildiyini bildirib.

Sözügedən iddia ilə bağlı AZXEBER.COM olaraq Təhsil Şöbəsinin ilə əlaqə saxlamaq çalışdıq. Təhsil nazirliyinin rəsmi saytında qeyd edilən Cəlilabad Rayon Təhsil Şöbəsinə aid (0-2524) 5-52-05 nömrəsinə zəng vurduğumuz zaman nömrənin borcdan bağlı olduğu ortaya çıxıb. 

İddiada adı keçən məktəb direktoru ilə də Təhsil Nazirliyinin rəsmi saytında qeyd edilən nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Redaksiyamıza göndərilən həmin görüntüləri təqdim edirik:

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...