Dünya çempionunu öldürən Anar barədə polisdən gözlənilməz açıqlama - VİDEO
Pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovun azərbaycanlı Anar Allahverənov tərəfindən qətlinin araşdırılması davam edir.
Mynews.az Publika-ya istinadən xəbər verir ki, Anarın reputasiyası və qohumluq əlaqələri (onun böyük qardaşı analoji cinayətə görə hazırda həbsdədir – red.) nəzərə alınaraq, İstintaq Komitəsi onun başqa cinayətlərdə iştirakını yoxlayır.
Hazırda Rusiya İstintaq Komitəsinin Xabarovsk diyarı üzrə idarəsinin müstəntiqləri cinayət işinin araşdırılması çərçivəsində Anar Allahverənovun hərəkətlərindən digər zərərçəkənləri axtarır. İdarə Anar Allahverənovun hərəkətlərindən zərərçəkən vətəndaşları idarənin saytında göstərilən telefonlarla müraciət etməyə çağırıb.
Azərbaycanlının vəkili Konstantin Lısenko bildirir ki, Draçevin ölümü ehtiyatsızlıqdan baş verib və bədbəxt hadisənin nəticəsi olub.
Ancaq Andrey Draçevin ailəsi və vəkili Yevgeni Şvetsov əmindir ki, qətl bədbəxt hadisə deyildi. Vəkil hadisənin iştirakçılarının videogörüntülərinə istinad edir. Onun sözlərinə görə, Draçev sona qədər münaqişədən qaçmağa çalışsa və davada özünü idmançı kimi aparsa da, Allahverənov əksinə, aydın məqsədi olan şəxs kimi davranırdı və Draçevin ölümünə gətirib çıxaracaq zərbələr endirirdi.
Bundan başqa, Şvetsovun sözlərinə görə, Anar Allahverənov mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə daxil idi və Andrey Draçev qruplaşmanın tək qurbanı deyildi.
Xabarovsk mətbuatının yazdığına görə, Andrey Draçevin ailəsi Allahverənovun Rusiya Cinayət Məcəlləsinin 105-ci maddə ilə ittiham olunaraq cəzalandırılmasına nail olmaq niyyətindədir. Həmin maddə ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.
Xatırladaq ki, avqustun 20-də səhər tezdən kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionuna öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 1133 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 1121 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 1121 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 1119 dəfə oxunub
- Sumqayıtlı məzun - “300 bal toplamaq mənim ilk böyük uğurumdur” 1009 dəfə oxunub