Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sərnişinlərə MÜJDƏ - Bu avtobusla bağlı XƏBƏR SİZİ SEVİNDİRƏCƏK

Hövsan sakinlərini narahat edən nəqliyyat problemi ilə bağlı xəbər var. 

Ökəmizdə keçirilən Avropa oyunları ilə əlaqədar 175 nömrəli sərnişin avtobuslarının istiqaməti 28 May metrostansiyası yaxınlığından dəyişdirilərək Xətai metrostansiyasının qarşısı müəyyən edildi. Bundan xeyli müddət keçməsi isə sakinləri ciddi nəqliyyat problemi ilə üz-üzə qoydu. 

Yenidən istiqamətin bərpa edilməsi üçün ayağa qalxan sakinlərə isə dəqiq məlumat verilmir. Bununla bağlı redaksiyamıza Hövsan sakinləri müraciət göndərib. Müraciətdə deyilir ki, dəfələrlə yerli icra orqanlarına, keçmiş Nəqliyyat Nazirliyinə, eləcə də Bakı Nəqliyyat agentliyinə və digər aidiyyatı qurumlara müraciətlər edilsə də hələlik heç bir hərəkətlənmə olmayıb və onlara dəqiq bir söz deyilməyib. 

Sərnişinlərə MÜJDƏ: Bu avtobusla bağlı XƏBƏR SİZİ SEVİNDİRƏCƏK

Məsələ ilə bağlı BiG.Az-a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev agentliyin əsas məqsədinin sərnişinlərin rahatlığına xidmət etmək olduğunu bildirib:

"Bu marşrut xətti üzrə bir çox problemlər vardı. Bakı Nəqliyyat Agentliyi olaraq ən əsas məsələ həmin xəttin daşıyıcı ilə müqaviləyə xitam verdik. Yeni nəqliyyat vasitələri olan başqa bir daşıyıcı ilə yeni müqavilə imzaladıq. Hazırda Hövsan sakinləri yeni rahat və səliqəli avtobuslarla danışınır. 

Xəttin uzadılmasına gəlincə isə hazırda marşrut xəttlərinin optimallaşdırılması işləri aparılır. Məqsədə müvafiq olarsa sakinlərin bu istəyi reallaşdırılacaq və nəzərə alınacaq. Bizim üçün önəmli olan təbii ki, sakinlərimizdir. Mümkün olduğu qədər onların rahatlığının təmin edilməsinə çalışırıq".

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...