Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

6 yaşlı azərbaycanlını görən ruslar "ağzı açıq" qaldı - VİDEO

Rusiyanı heyran qoymaq üçün Ruslana bir neçə saniyə lazım olub

Altı yaşlı azərbaycanlı uşaq bacarığı ilə rusları heyran edib. İstiPress-in məlumatına görə, söhbət Ruslan Səfərov adlı azyaşlıdan gedir. 

Qusardan olan Ruslan "Rossiya 1" telekanalında efirə çıxan və insanların xüsusi, heyrətləndirən bacarıqlarını nümayiş etdirdikləri "Heyrətamiz adamlar" verilişinə qatılıb. 

Ruslan rus müsifləri və izləyiciləri özünün unikal riyazi bacarığı ilə təəccübləndirə bilib. O, ən çətin riyazi misalları belə heç bir xüsusi vasitədən, hətta kağız və qələmdən belə istifadə etmədən şifahi hesablamalarla həll edə bilir. 

Canlı efir zamanı müsiflərdən biri ekrandakı misalları hesablayıcı köməyi ilə həll etməyə çalışıb. Ruslan isə monitordakı kökaltı, loqoritmlən istifadə edilən ən mürəkkəb misalları şifahi həll edib. Maraqlıdır ki, qarşı tərəf misalı yazmağa belə imkan tapmamış Ruslan doğru cavabları səsləndirib. 

Azyaşlının müəllimi onun gələcəkdə məşhur riyaziyyatçı olacağına inanan atası Fuad Səfərov olub. Ruslan özü isə proqramçı olmaq arzusundadır. 

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...