Azərbaycanda qorxunc xəbər dolaşır - İlk rəsmi açıqlama
Son günlər sosial şəbəkələrdə azyaşlı uşaqlar arasında "Koksaki" virusunun yayıldığı barədə məlumatlar gəzir.
Mynews.az-ın məlumatına görə, valideynlər xəstə övladlarının şəkillərini paylaşaraq, digər valideynləri diqqəti olmağa çağırırlar. Onların iddiasına görə, virus ölkəyə Türkiyənin Antalya bölgəsində dincələn azərbaycanlılara yoluxaraq gəlib. Hətta, Rusiyada bu xəstəliyə yoluxan 36 uşağın vəziyyətinin ağır olduğu bildirilir.Pediatr Günay İmanovanın açıqlamasına görə, "Koksaki" viral xəstəlikdir:
"Su çiçəyi xəstəliyinə bənzəyir. "Koksaki" orqanizmdə yaşayıb, inkişaf edən sidik və nəcislə çölə atılan və yayılan bir virusdur. "Koksaki" xəstələrində çox zaman soyuqdəymənin əlamətləri müşahidə edilir. Nadir hallarda güclü qızdırma və güclü səpmə müşahidə edilir".
Baş pediatr bildirib ki, Səhiyyə Nazirliyinin xüsusi Referens Laboratoriyası var və orada bütün viruslar araşdırılır:
"Son məlumatlara görə, ölkədə uşaqlar arasında heç bir virus xəstəliyi yayılmayıb". // Sputnik
Cəmiyyət
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM
- Aytən Səfərova ağır qəzaya düşdü
- Azərbaycanda Ramazan bayramı qeyd olunur
- Xocalıda kütləvi məzarlıqda tapılan ər-arvadın qalıqları dəfn edilir - FOTOLAR
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Azərbaycanda bu şəxslərə birdəfəlik 2 min AZN pul ödənəcək - PREZİDENTDƏN SƏRƏNCAM 1137 dəfə oxunub
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1045 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 970 dəfə oxunub