Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycan skautları daha bir dünya miqyaslı təşkilatda - FOTO

Azərbaycan Skautlar Assosiasiyasının nümayəndələri 18-23 Sentyabr 2017-ci il tarixlərində Hindistanın Dehli şəhərində təşkil edilən 36-cı Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının Konfransında iştirak ediblər.

Skaut Hərəkatı dünyada iki böyük təşkilat tərəfindən dəstəklənir: Dünya Skaut Hərəkatı Təşkilatı (WOSM) və Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası (WAGGGS). DSHT, Skaut Andı və Skaut Qanununa əsaslanan bir sistem vasitəsilə, insanın bir fərd olaraq inkişaf etməsinə və cəmiyyət içərisində konstruktiv rol oynamasına şərait yaradaraq, daha yaxşı bir dünya qurmaqla, oğlanların və qızların təhsilinə töhfələr verir.

DQBQS dünyanın ən böyük qadın təşkilatıdır və əsas məqsədi qızlar və gənc qadınların dünya liderləri və aktiv vətəndaşlar kimi tam potensialını inkişaf etdirməkdir.

Bu günə qədər Azərbaycan Skautlar Assosiasiyası yalnızca WOSM (Dünya Skaut Hərəkatı Təşkilatının) bir hissəsi idi, lakin 2016-cı ilin əvvəlində DQBQS-a üzv olmağın bütün müsbət aspektlərini təhlil etdikdən sonra ASA, DQBQS-a (Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyası) üzvlük üçün işlərə başladı və 1,5 illik hazırlıqların nəticəsi müvəffəqiyyət gətirdi.

Hindistanın Dehli şəhərində keçirilmiş 36-cı DQBQS Konfransında ASA seçki prosesində səslərin 100 faizini əldə edərək, Dünya Qız Bələdçiləri və Qız Skautları Assosiasiyasının tam hüquqlu üzvü olub. Bu, çox vacib bir hadisədir, çünki Azərbaycan, DQBQS Konstitusiyasında dəyişikliklər etdikdən sonra Birləşmiş Ştatlara üzvlük almadan tam hüquqlu üzvlük almağa imkan verən ilk ölkə oldu.

Bu, o deməkdir ki, Azərbaycan Skautlar Assosiasiyası konfransda səsvermə hüququ qazanıb və DQBQS-in dünya səviyyəsində inkişafına töhfə verəcək, 12 milyonluq digər platformasında təmsil olunacaq.

Başqa bir maraqlı fakt isə, Azərbaycan Skautlar Assosiasiyası DSHT-nin Avrasiya Regionu üzrə üzvüdür, lakin DQBQS-in Avropa Regionu üzrə üzvüdür. Bu, o deməkdir ki, Azərbaycan Skautları dünyanın iki fərqli regionunda ən unikal mövqeyə malikdir. DQBQS, Dove, UPS, UNICEF kimi bir çox digər tanınmış şirkətlər ilə birgə layihələrdə əməkdaşlıq edir.

 ASA, DQBQS proqramlarının həyata keçirilməsi ilə qız skautların üzvlüyünü artıra və cəmiyyətimizdə qadınların sosiallaşma prosesini inkişaf etdirə biləcək. Bu məqsədlərə nail olmaq üçün ASA yaxın gələcəkdə təlimlər və seminarlar təşkil edəcək və DSHT proqramı ilə birlikdə DQBQS proqramını həyata keçirəcək.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...