Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

ATV-nin yeni rəhbəri: - "Vəzifəmin icrasına başlamışam"

ATV telekanalının yeni rəhbəri Azər Xəlilov təyinatı ilə bağlı məsələyə münasibət bildirib.

Mynews.az xəbər verir ki, əməkdar jurnalist A.Xəlilov Trend-ə açıqlamasında yeni vəzifəyə ATV təsisçilərinin qərarı ilə təyin olunduğunu deyib: "Təsisçilərin qərarı ilə bu vəzifəyə təyin edilmişəm".

Qeyd edək ki, ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad edilib. A.Xəlilov bu gün kollektivə təqdim edilib.

Xatırladaq ki, bundan öncə A.Xəlilov CBC telekanalının direktoru vəzifəsində çalışıb.
Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...