Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Sumqayıtda reyd - 50 sürücü saxlanıldı - VİDEO

Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə növbəti reyd keçirib. Müxtəlif qayda pozuntularına yol verən, eləcə də təyin olunmuş cərimələri və elektron protokollar üzrə ödəmələri etməyən sürücülər saxlanılıb.

Bununla yanaşı yoxlamalar zamanı piyada keçidindən keçməyən piyadalar da inzibati məsuliyyətə cəlb olunublar. Reyd zamanı avtomobillərə əlavə konstruksiyalar quraşdıran sürücülərə də rast gəlinib. Qanunun tələblərinə riayət etməyən sürücülər cərimələnib, avtomobillər isə müvəqqəti duracağa yerləşdirilib. Dövlət Yol Polisi vətəndaşlara müraciət edərək yol hərəkəti qaydalarına riayət etməyə çağırıb.

Bu kimi reydlərin davam etdiriləcəyi bildirilib.

 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...