Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“AAAF Park” rəhbəri ölkəyə qayıtdı - “Kiçik haqsızlıq belə olmayacaq”

“Bu gün artıq işdəyəm. Bütün problemlər demək olar ki, həll olundu”.

“AAAF Park” rəhbəri, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçisi Tofiq Heydərov sosial şəbəkədə belə yazıb. O bildirib ki, satışa mane olan çıxarış məsələləri tezliklə həll olunacaq: “Cənab prezidentimizə dərin minnətdarlığımı bildirirəm ki, biz idmançıların hər bir problemini həll edir. Tezliklə satışlarımıza mane olan çıxarış məsələsi və digər məsələlər həll olunacaq. Allahın köməkliyi ilə bizə qarşı bundan sonra kiçik bir haqsızlıq belə olmayacaq. Şirkətlərimizin əməkdaşlarına bundan sonrakı fəaliyyətində qanunlar çərçivəsində işləməyi və dövlətimizin inkişaf etdirilməsində nümunəvi bir şirkətlərə çevrilməyini arzulayıram”.

Qeyd edək ki, bir neçə gün öncə “AAAF Park” Yaşayış Kompleksinin rəhbəri Tofiq Heydərovun saxlanılması və prokurorluq əməkdaşlarının, daha sonra isə Vergilər Nazirliyinin burada yoxlama aparması barədə məlumatlar yayıldı. Lakin rəsmi qurumlar və adıçəkilən şirkət tərəfindən deyilənlər təkzib edilib.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...