Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

İcra başçısının köməkçisi vəzifəsindən azad edildi

Laçın Rayon İcra Hakimiyyətində (RİH) kadr dəyişikliyi olub.

Mynews.az Report-a istinadən xəbər verir ki, RİH aparatının baş məsləhətçisi, icra başçısının köməkçisi Məhəmməd Şirin oğlu Şahbazov vəzifəsindən azad edilib.

Həmin vəzifəyə Elşən Vəliqulu oğlu Quliyev təyin edilib. E.Quluyev yeni təyinata qədər RİH-də ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, M.Şahbazov 2016-cı ildən bu vəzifəni icra edirdi.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...