Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir - "Qarabağ"a görə

“Qarabağ” – “Roma” oyunu ilə əlaqədar Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçir.

Mynews.az bildirir ki, bu barədə Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Xidmət rəhbərinin sözlərinə görə, oyundan əvvəl və sonra metropolitendə sərnişin sıxlığı nizamlanacaq.

“Hesab edirik ki, Olimpiya stadionuna şəxsi avtomobillərin girişi qadağan olunduqdan sonra güc metropolitenə düşəcək. Çünki bir sıra beynəlxalq tədbirlər zamanı analoji vəziyyətlə üzləşmişik. Bunu nəzərə alaraq, metropoliten gücləndirilmiş iş rejiminə keçəcək və sərnişin sıxlığı nizamlanacaq”.

Nəsimi Paşayev bildirib ki, oyun tez bitdiyinə görə metropolitenin iş qrafiki uzadılmayacaq.

O deyib ki, bununla bağlı quruma da rəsmi müraciət olunmayıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...