Nazir: Əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır
"Hesab edirəm ki, əcnəbilər və ölkə vətəndaşları üçün menyuda və qiymətlərdə fərq olmamalıdır. Hansısa fakt varsa, müvafiq qurumlar tədbir görməlidir".
Mynews.az APA-ya istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Nazir bildirib ki, yol kənarlarında yeni, müasir tipli restoranlar yaradılıb: "Bununla bağlı "Azəravtoyol" ASC ilə danışıqlar aparılıb. Yolboyu bir necə yerdə mədəni xidmət mərkəzlərinin, o cümlədən sanitar qovşaqların yaradılması müzakirə edilib. Bunun mərkəzləşdirilmiş şəkildə olması planlaşdırılır. Eyni zamanda, sahibkarlar da bunu fikirləşməlidirlər”.
Nazir əlavə edib ki, müxtəlif dərəcəli hotellərin inşası insanların bu sahəyə marağını göstərir: "Azərbaycan 3,5 milyon turist qəbul etmək iqtidarındadır. Yeni tədbirlərin keçirilməsi bu tələbatı artıracaq. Sərmayəçi turizm müəssisəsi inşa edə bilər, amma orada çalışan insanların hazırlıq səviyyəsi bizim diqqət mərkəzimizdə olmalıdır. Biz bu rəqəmlərin çoxalmasına diqqət etməliyik".
Cəmiyyət
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM
- İkinci Dünya müharibəsi iştirakçılarına və ailə üzvlərinə birdəfəlik maddi yardım ödənilib
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR
- Azərbaycanda taksi qiymətləri artdı
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq?
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək...
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Səfərbərlik Xidməti ilə bağlı mühüm xəbər: 55 yaşadək... 1120 dəfə oxunub
- Bu həftə sonu 4 gün qeyri-iş günü olacaq? 1072 dəfə oxunub
- Azərbaycanda taksi qiymətləri artdı 567 dəfə oxunub
- Bakıda hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR 566 dəfə oxunub
- Bir qrup incəsənət xadiminə Prezident mükafatı verildi - SƏRƏNCAM 565 dəfə oxunub