Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Abituriyentlər hansı fənlərdən imtahan verəcəklər? - Ekspert rəyi

Tanınmış təhsil eksperti Elçin Əfəndiyevin AZXEBER.COM-a müsahibəsini təqdim edirik: 

- Elçin müəllim, bu yaxınlarda açıqlama vermişdiniz ki, buraxılış imtahanları Azərbaycan dili, xarici dil və riyaziyyat fənləri üzrə olacaq. Bu ehtimalınız özünü doğrultdu. Bəs qəbul imtahanlarında hansı fənlər ola bilər?

- Bəli. Qeyd etdiyiniz kimi, buraxılış imtahanları bütün qruplar üzrə, Azərbaycan dili, xarici dil və riyaziyyat fənlərindən götürüləcəkdir. Bu proqnozumu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə xanım Abbaszadə öz çıxışında təsdiq etdi.

Qəbul imtahnlarında hansı fənlərin yer alacağına gəlincə isə fikrimcə, yəni mənim eehtimalıma nəzərən bölgü belə ola bilər.

I ixtisaslaşma qrupu üzrə:

Fizika, Kimya, İnformatika və ya coğrafiya

II ixtisaslaşma qrupu üzrə:

Coğrafiya, Tarix, Azərbaycan tarixi

III ixtisaslaşma qrupu üzrə:

Ədəbiyyat, Tarix, Azərbaycan tarixi

IV ixtisaslaşma qrupu üzrə:

Kimya, Biologiya, Fizika

V ixtisaslaşma qrupu üzrə:

Azərbaycan dili, xarici dil və riyaziyyat
 

Bütün bunları nəzərə aldıqda deyə bilərik ki, çox güman 2019-cu ildə abituriyent ümumilikdə 6 fənn üzrə imtahan verməli olacaqdır.

Amma istənilən halda biz yenə də Dövlət İmtahan Mərkəzi və Təhsil Nazirliyinin yekun qərarını gözləmələyik.

- Bal sistemində hər hansısa bir dəyişilik ola bilərmi?

- Bəli. Bal sistemində dəyişiliklərin olması qaçılmazdı. Çünki qiymətləndirmə meyarları fərqlidir. Dövlət İmtahan Mərkəzi və ya Təhsil Nazirliyi şagirdin, abituriyentin biliyini müxtəkif formada qiymətləndirə bilər. Dünya ölkələrində biliyin qiymətləndirilməsi fərqli-fərqlidir. Məslən bir sıra ölkədə 100 balla, bəzilərində 200 və s. Amma bizdə 1992-ci ildən 2018-ci ilədək 700 ballıq sistem üzrə qiymətləndirmə aparılıb və aparılacaq. 2019-cu ildə isə bu qayda dəyişə və ya dəyişməyə bilər. Yeni qaydaları nəzərə alarsaq, dəyişmə ehtimalı daha çoxdur. Çünki burada abituriyentin buraxılış imtahanında topladığı X bal, qəbul imtahanında topladığı X balın üzərinə gələcək.

Ümumilikdə X+X=2X, başqa şəkildə ifadə etsək, məsələn buraxılış imtahanında hər bir fənn üzrə maximum bal 100 bal olarsa, 3 fənn birgə 300 bal olacaq. Həmçinin bu prinsip qəbul imtahanlarında da öz əksini taparsa, burada da hər bir fənn 100 balla qiymətləndirilə bilər. Yekun nəticədə 300+300=600 bal. Və bu zaman ümumi bal əsasında abituriyent müsabiqə vəziyyətini ödəyərsə, ixtisas seçimi mərhələsinə buraxılacaqdır.

- Bəzi valideynlərin, müəllimlərin və şagirdlərin bilmək istədikləri bir məqam da var. Belə ki, 9-cu siniflərin buraxılış imtahanına xarici dil fənni daxil ediləcək ya yox? Bu barədə fikrinizi bilmək istərdik.

- IX siniflərin buraxılış imtahanları bu il yeni tədris metodu ilə tamamilə başqa formatda keçirildi. Valideyn, müəllim və şagirdlərin nigaran qaldıqları qeyd etdiyiniz məqama gəlincə deyə bilərəm ki, şagirdlər buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və Təhsil Nazirliyi istərsə, xarici dildən imtahan verəcəklər. Qeyd edim ki, xarici dil məsələsi hal-hazırda müzakirə mövzusudur. Düşünürəm ki, 2019-cu ilin buraxılış imtahanları üçün indidən 9-cu siniflərin də xarici dildən imtahan verməsi zəmin yarada bilər. Bu amili həm Təhsil Nazirliyi, həm də Dövlət İmtahan Mərkəzi nəzərə alaraq bu barədə qərar yekun qərar verəcəklər. Onların bal sistemi də fərqlidir. Haqqında bəhs edilən siniflər üzrə buraxılış imtahanları iki mərhələdə götürülür. Hər iki imtahanda əldə olunan maximal bal bu il üçün 200 bal idi. Amma düşünürəm ki, əgər xarici dildən də imtahan götürülərsə, bu zaman 9-cu siniflərin də bal sistemində dəyişiklik olacaqdır.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...