Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

“Qarabağ”ın oyunundan sonra Bakı Metropolitenində rekord göstərici

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti dünən Bakıda keçirilən “Qarabağ” – “Roma” oyunundan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin sayını açıqlayıb.

Mynews.az-ın məlumatına görə, Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, oyundan sonra metronun bir stansiyasına 25 mindən artıq sərnişin daxil olub.

Onun sözlərinə görə, platformada problem yaranmaması üçün sərnişin axını nizamlanıb: “Həmin gün gecə saat 22:00-23:00 radələrində “Koroğlu” stansiyasına 25 mindən artıq sərnişin daxil olub. Sərnişinlərin sayı həddindən artıq çox olduğundan onlar stansiyaya mərhələlərlə buraxılıb. Bu, rekord göstəricidir. Bir gün əvvəl həmin stansiyaya bir saata 1300 sərnişin daxil olub. Dünən isə həmin günə nisbətən 20 dəfə artıq vətəndaş həmin stansiyadan istifadə edib”.

Qeyd edək ki, ötən gün Çempionlar Liqası çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən "Qarabağ" - "Roma" oyunu qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...