Azərbaycan ictimaiyyəti təhlükədə - SƏBƏB xristian missionerləri
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, deputat Azay QuliyevAzərbaycanda xristian missionerlərinin təhlükəli fəaliyyət göstərdiyini bəyan edib.
Mynews.az- APA-ya istinadən xəbər verir ki, A. Quliyev Bakıda keçirilən “Qeyri-hökumət təşkilatları və dini icmalar: əməkdaşlıqdan birgə fəaliyyətə doğru” adlı konfransda deyib ki, onlar xüsusən gənclər, hərbi çağırışçılar arasında təhlükəli təbliğat aparırlar.
A.Quliyev qeyd edib ki, xristian missionerləri Azərbaycanda çox fəallaşıblar: “Artıq biz bunu dəqiq müəyyənləşdirmişik. Çağırışçılar arasında təbliğat aparıb, onları hərbi xidmətə getməkdən yayındırırlar, silah işlətməyin haram olduğunu deyib, qadağan edirlər. Beləliklə, Azərbaycan ordusuna təsir edir, düşmənə qarşı mübarizə ruhunu zəiflədirlər. Bunların fəaliyyəti bir çox ölkələrdə qadağandır. Biz də artıq qərar verməliyik”.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- ANS-in keçmiş aparıcısı həmcinsi ilə nişanlandı - FOTO 971 dəfə oxunub
- İmtahanda yüksək bal toplayan Mələkxanım bu tanınmış şəxsin qızı imiş 937 dəfə oxunub
- Nar-dan xüsusi təklif: 10%-dək endirimlə smartfon! 928 dəfə oxunub
- Aytən Səfərova ağır qəzaya düşdü 927 dəfə oxunub
- Fransa Azərbaycandakı səfirini geri çağırıb 925 dəfə oxunub