Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Turan İbrahimovun saytı da bağlandı? - AÇIQLAMA

ATV-də prezident dəyişikliyindən sonra telekanalın departament rəhbəri Turan İbrahimova məxsus olan saytın da fəaliyyətini dayandırdığı xəbəri yayılıb.

AZXEBER.COM-un məlumatına görə, Turan İbrahimova məxsus olan və 6 dildə fəaliyyət göstərən enter.news saytı səhər saatlarından fəaliyyət göstərməyib.

Saytın həmtəsisçisi Elçin Bayramov portalımıza açıqlamasında bunun texniki problem olduğunu və saytın fəaliyyətinin yaxın saatlarda davam edəcəyini bildirib. 

Qeyd edək ki, sayt Azad Azərbaycan televiziya telekanalının 590 minlik rəsmi "facebook" səhifəsində uzun müddət idi ki, adıçəkilən saytın xəbərləri paylaşılırdı. Sayta olduğu kimi səhifəyə də Turan İbrahimov rəhbərlik edirdi. 

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...