Ali məhkəmə Mehman Hüseynovla bağlı qərar verdi
Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Mynews.az APA-ya istinadən xəbər verir ki, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda Mehman Hüseynovun vəkilləri çıxış ediblər. Onlar M. Hüseynov barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini məhkəmədən xahiş ediblər.
Xüsusi ittihamçısının nümayəndəsi isə kassasiya şikayətinin təmin olunmamasını istəyib.
Daha sonra Ali Məhkəmənin qərarı elan olunub. Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub. M. Hüseynov barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub. Cinayət işinin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
Sizin üçün seçdik
İndi oxunanlar
Həftənin hitləri
- Rusiya Ukrayna şəhərlərini ballistik raketlərlə vurdu 901 dəfə oxunub
- Faiq Ağayev: "Damlanın dəyişimini çox bəyənirəm" 586 dəfə oxunub
- Qəbələdə dəhşət: 18 yaşlı qız tövlədə özünü asdı 578 dəfə oxunub