Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda internetdə yaranan problemin səbəbi açıqlandı - RƏSMİ

İnternetdə baş vermiş qısamüddətli qüsurlar Avropanın bir sıra tranzit operatorlarında şəbəkələrin yüklənməsi ilə əlaqədar olub.

Mynevs.az-ın məlumatına görə, bu barədə Trend-ə "Delta Telecom" (Azərbaycanın magistral rabitə operatoru) şirkətindən deyilib.

Şirkətdən bildirilib ki, sistemdə qüsur olduqda və ya həddən artıq yükləndikdə sistem avtomatik olaraq ehtiyat xətti işə salır ki, bu, istifadəçilərin internetə dayanıqlı girişini təmin edir: “Bizim Avropanın giriş nöqtələrinə birdən çox qoşulmamız mövcuddur və qeyri-müəyyən vəziyyət yarandığı təqdirdə sistem trafiki avtomatik olaraq digər xəttə yönləndirir. İnternetə girişlə problem bütün istifadəçilərdə olmayıb, indi bunun səbəblərini araşdırırıq. Hazırda trafikin ötürülməsi adi rejimdə davam edir”.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...