Mynews.az
MƏNİM XƏBƏRLƏRİM

Azərbaycanda 24 barmağı olan uşaq əməliyyat olundu

Azərbaycanda 24 barmağı olan körpə əməliyyat edilib. Həkimlər əl və ayaqlarının hər birində 6 barmağı olan uşağın əlavə barmaqlarını götürüblər. Hazırda 6 aylıq körpənin əməliyyatdan sonra vəziyyəti yaxşıdır.

Azərbaycanda əl və ayaqlarının hər birində bir artıq barmağı olan altıaylıq körpə əməliyyat olunub. 24 barmaqlı körpənin ümumilikdə 4 barmağı kəsilib.

Artıq barmaqlar qismən hərəkətli olsa da, həkimlər gələcəkdə problem olmaması üçün onları əməliyyatla götürüblər.

Əməliyyatı həyata keçirən uşaq cərrahı Toğrul Ömərovun sözlərinə görə, əldəki artıq barmaqlar aydın bilinsə də, ayaqda olan barmaqları müəyyən etmək çətin olub. Yalnız rentgen zamanı ayaqda olan artıq barmaqlar müəyyən edilib.

Toğrul Ömərovun sözlərinə görə, həmin barmaqların əsas sümüyü olmadığından heç bir funksiya yerinə yetirməyəcəkdi və gələcəkdə hərəkət pozğunluğuna səbəb olacaqdı. Üstəlik, həmin barmaq digər barmaqların inkişafına da problem yaradacaqdı.

Həkimlər belə hallarda valideynləri diqqətli olmağa çağırırlar. Çünki bu tip əməliyyatlar nə qədər tez həyata keçirilsə, uşağın gələcək sağlamlığı da bir o qədər möhkəm olar.

Whatsapp

Sizin üçün seçdik

Həftənin hitləri

loading...